Kanadadakı meşə yanğınları Nyu-Yorkda həyatı iflic etdi – FOTO/VİDEO

Kanada hökuməti 3,3 milyon hektardan çox ərazini bürümüş kütləvi meşə yanğınları ilə mübarizəni davam etdirir. Artıq minlərlə insan təxliyə edilib. Şimali Amerikada tüstü səbəbindən yüksək risk səviyyəsi elan edilib.

Ən güclü yanğınlar Kanadanın Alberta, Kvebek və Yeni Şotlandiya əyalətlərində müşahidə olunur. Yanğının söndürülməsi üçün ordu cəlb edilib.

Məlumata görə, meşə yanğınlarının tüstüsü artıq ABŞ-nin Nyu-York və Konnektikut ştatlarına çatıb.

Nyu-York meri Erik Adams sakinləri ehtiyatlı olmağa və mümkün olduqca açıq hava fəaliyyətini məhdudlaşdırmağa çağırıb. Adams, həmçinin açıq havada məktəb tədbirlərinin ləğv edildiyini də açıqlayıb. Onun sözlərinə görə, vəziyyət bir neçə gün davam edə bilər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi