Kanada baş naziri Asiya ölkəsi liderinə “corab davası” elan etdi – FOTO

Kanada baş naziri Asiya ölkəsi liderinə “corab müharibəsi” elan edib.

Filippin Prezidenti Bonqbonq Markos Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammitində Kanadanın Baş naziri Castin Trüdo ilə “corab müharibəsi”ndən bəhs edib.

Siyasətçi “Twitter”də Kanada lideri ilə birgə fotosunu yerləşdirib.

“Bu arada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammitinin kuluarlarında deyəsən, corab döyüşü gedir!”, – deyə Markos paylaşıma yazdığı şərhdə qeyd edib.

Fotoda Trüdo və Filippin prezidenti rəsmi iş kostyumlarının altından görünən parlaq rəngli corablarını nümayiş etdirib. Markos həmçinin izləyicilərini kimin corabının ən yaxşı göründüyünə səs verməyə dəvət edib.

Castin Trüdo ilk dəfə deyil ki, böyük siyasi tədbirlərdə rəngli corabları ilə öyünür. 2017-ci ildə Kanadanın baş naziri Brüsseldə NATO ölkələrinin dövlət və hökumət başçılarının görüşü zamanı alyansın loqosu olan çəhrayı corablarını nümayiş etdirmişdi. Almaniya kansleri Angela Merkel “Instaqram” səhifəsində həmin anın fotosunu yerləşdirmişdi.

2018-ci ildə siyasətçi Davosda keçirilən Dünya İqtisadi Forumunun sammitində sarı ördəkli mavi corab geyinmişdi.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi