Kamçatka sakini hava limanını qarət edib – FOTO

Rusiyanın Kamçatka yarımadasının sakini hava limanını qarət edib.

O, uçuş-enmə zolağının tikintisi aparılan ərazidən 600 min rubl dəyərində material oğurlayıb.

Bu barədə “Amur Mash” “Telegram” kanalı məlumat verib.

Oğrunun Nikolayevka kəndindən olan 58 yaşlı yerli sakin olduğu üzə çıxıb. Müəyyən edilib ki, ona bağ evini yeniləmək üçün tikinti materialları lazım olub.

Bu “pulsuz” materiallar isə hava limanının ərazisində tapılıb. O, yük maşınına 84 metal hasar paneli və dirəklər yükləyib.

Oğurluq edən şəxs saxlanılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi