Kainatdakı ən böyük spiralvari qalaktikanın görüntüsü yayıldı – FOTO

NASA diametri 522 min işıq ili olan kainatın ən böyük məlum spiralvari qalaktikasının fotosunu çəkib.

Məlumata görə, NGC 6872 qalaktikası Süd Yolundan beş dəfə böyükdür.

O, planetimizdən təxminən 212 milyon işıq ili uzaqlıqda yerləşir.

NGC 6872 qonşu diskvari IC4970 qalaktikası ilə cazibə qüvvəsinin qarşılıqlı təsiri nəticəsində uzadılmış forma alıb. Adətən belə qarşılıqlı təsirlər qalaktikaların birləşməsinə gətirib çıxarır. Astronomlar hesab edirlər ki, bu halda yeni qalaktika yarana bilər.

Related posts

Son üç il ərzində dünyada təyyarə qəzalarının STATİSTİKASI

5 antik sirrin hekayəsi: Bu daşlar nə işə yarayır – Alimlər də heyrət içində – FOTOLAR

Portuqaliya sahillərində inanılmaz tapıntı – Qızıl və gümüş yüklü 250 gəmi