Kadırovun atını oğurlayıblar – FOTO

Çexiyada Çeçenistanın rəhbəri Ramzan Kadırova məxsus at oğurlanıb.

Bu barədə Çexiyanın “Idnes” nəşri məlumat yayıb.

Bildirilir ki, saf cins ingilis ayğırı Zazou ölkənin qərbindəki Krabçitse kəndində tövlədən oğurlanıb.

Çexiya hüquq-mühafizə orqanlarının məlumatına görə, içəri girən şəxs karabinin köməyi ilə zənciri qırıb və atı qaçırıb. Çexiya polisi at oğrusunu gücləndirilmiş rejimdə axtardığını bildirib.

Heyvanın qiyməti təxminən 18 min dollardır (təxminən 30,6 min manat).

Qeyd olunub ki, Zazou və Çexiyadakı bir neçə başqa at sanksiyalar çərçivəsində Kadırovun dondurulmuş əmlakı siyahısındadır. Ukraynaya qarşı müharibə başlamazdan bir ay əvvəl iki rusdilli şəxs ayğırı Çexiya tövləsindən Polşaya aparmağa çalışsa da, müəssisənin sahibi onlara icazə verməyib.

Heyvan 2012-ci ildə alınıb, yarışlarda çoxsaylı mükafatlar qazanıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi