“Kətaib əl-Qəssam” sionist rejimin kvadrokopterini ələ keçirib

QafqazTimes xəbər verir ki, Kətaib əl-Qəssam bir bəyanatda Qəzza zolağında sionistlərə məxsus kvadrokopterin ələ keçirilməsini və onun mühüm məlumatlarının əldə edilməsini açıqlayıb.

Kətaib Əl-Qəssam bu bəyanatda elan edib: “Kətaib əl-Qəssam Allahın köməyi ilə 01/27/2023 tarixində, cümə günü səhər sionist rejimin Qəzzə zolağına son təcavüzü zamanı bu rejimin Qəzzə zolağında xüsusi missiyanı yerinə yetirən kvadrokopterini ələ keçirməyə nail oldu.”

“Shahab News” saytının xəbərinə görə, bu bəyanatda o da bildirilir ki, bu qrupun mühəndisləri bu kvadrokopterdən düşmən qüvvələri ilə bağlı mühüm və həssas məlumatları əldə edə biliblər.

Bundan əvvəl Kətaib əl-Qəssam cümə günü günortadan sonra elan etmişdi ki, müqavimətin hava hücumundan müdafiə sistemləri sionist rejimin qırıcıları ilə mübarizə edib.

Bu qrup bir sıra görüntülər dərc edərək bildirib ki, Əl-Qəssam Hava Hücumundan Müdafiə Qüvvələri Qəzza zolağının səmasında düşmən sionist qırıcılarına yer-hava raketi ilə cavab verib.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur