QafqazTimes xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qolu olan “Kətaib İzzəddin əl-Qəssam” ötən gün axşam (bazar ertəsi) sionist hərbçilər tərəfindən ələ keçirilən Afarha Manqastonun yeni görüntülərini dərc edib.
HƏMAS-ın hərbi qolu Herzi Halevinin sionist rejimin yeni Baş Qərargah rəisi təyin edildiyi gün bu videonu yaymasına işarə edərək, Herzi Haleviyə ünvanladığı mesajda deyib: “Ordunun Baş Qərargahının keçmiş rəisi Əviv Koxavi, bütün iddialarına baxmayaraq, sionist əsirləri azad edə bilmədi və onun varisi də bu uğursuzluğa və onun bu gün də davamına özünü hazırlamalıdır.”
Kətaib Əl-Qəssamın “Kölgə bölməsi”-nin yayımladığı qısametrajlı bu filmdə sionist əsir Afarha Manqsto özünü təqdim edərkən deyir: “Bütün bu illərin iztirab və ağrılarından sonra mən və dostlarım nə qədər burada əsirlikdə qalacağıq?!”
O, videonun davamında Tel-Əvivə və işğal olunmuş ərazilərin sakinlərinə tənə vuraraq əsirlərin taleyi üçün hansı tədbirlər gördüklərini soruşur.
Bu film Herzi Halevinin Sionist Ordusunun Baş Qərargahının yeni rəisi və Aviv Koçavinin varisi təyin olunduğu gün yayılıb.
Halevi bu təyinat mərasimində iddia edib: “İran problemindən başlayaraq, şimal sərhədlərindən tutmuş İordan çayının qərb sahili və Qəzza zolağına qədər İsrailə qarşı ordunun həll etməli olduğu hələ də çoxsaylı təhdidlər vardır.”