Kərbəlada tikilməkdə olan “Həzrət Zeynəb (ə)” kompleksi bu il 35 min zəvvarı qəbul edəcəkdir

QafqazTimes xəbər verir ki, Kərbəla Müqəddəs Hərəmlər Kompleksinin İnşası və Yenidənqurulması Qərargahının rəhbəri Məhəmməd Rza Bəni Əsədirad deyib: Əvvəlcədən təyin edilən proqrama əsasən, “Həzrət Zeynəb(ə)” həyətinin tikinti işləri 48 saat ərzində dayandırılacaq və zəvvarların qəbulu çərşənbə günü, Səfər ayının 10-dan etibarən başlayacaqdır.

O, bildirib ki, hazırda zəvvar xeymələrinin məsul şəxsləri “Həzrət Zeynəb(ə)” həyətində lazımi avadanlıqların quraşdırması ilə məşğuldurlar. İlkin proqnoza əsasən bu həyətdə 35 mindən çox zəvvarın qəbul ediləcəyi gözlənilir.

Kərbəla Müqəddəs Hərəmlər Kompleksinin İnşası və Yenidənqurulması Qərargahının rəhbəri zəvvarların təhlükəsizliyi, rifah və sağlamlıq obyektlərinin yaradılmasının bu günlərdə Həzrət Zeynəb (s) həyətinin inşasının icra məmurları üçün ən mühüm məsələ olduğunu bildirərək, deyib: “Mütəxəssislərin rəyi əsasında ətraf mühitin təhlükəsizliyinin təmini ilə bağlı fəaliyyətlərin son mərhələləri həyata keçirilir.”

Bəni Əsədi Rad həmçinin deyib: “Həzrət Zeynəb (ə) kompleksi üçün 800-dən çox ayaqyolu və hamam nəzərdə tutulub ki, onlardan 250-si Ərbəin günlərində zəvvarların istifadəsi üçün hazırlanıb. Plana əsasən, Ərbəin başa çatdıqdan və mərasimlər bitdik bir neçə gün sonra tikinti işləri yenidən bərpa olunacaqdır. Qeyd edək ki, Həzrət Zeynəb (s.ə.s.) adlı həyətin tikinti planının birinci mərhələsi Babul-Qiblə, Şühəda və Cümhuri prospektləri arasındakı ərazidə yerləşir ki, tarixi dəlillərə görə Aşura faciəsi məhz bu məkanda baş vermişdir.”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya