Kərbəla ziyarətində olan zəvvarların geri dönmələri üçün 550 avtobus ayrılıb

Qafqaztimes xəbər verir ki, Əl-Əxbar Əl-İraq xəbər agentliyinə görə, Kərbəla Polis İdarəsinin sözçüsü, zəvvarların öz şəhərlərinə qayıtması üçün Aşura gününə qədər ölkənin Nəqliyyat və Ticarət Nazirliklərindən 550 avtobusun Kərbəlaya köçürüldüyünü bildirib.

Kərbəla polisi sözçüsü Macid əl-Kəbi, İraq Nəqliyyat Nazirliyinin zəvvarların Aşura gününə qədər vətənlərinə dönmələri üçün 150 ikimərtəbəli və 100 təkmərtəbəli avtobus və Ticarət Nazirliyi isə 300 avtobus göndərəcəyini söyləyib.

O, həmçinin qeyd edib ki, əlavə olaraq Müdafiə Nazirliyindən olan avtobuslar da Kərbəlaya gətiriləcək. Bundan əlavə özəl nəqliyyat şəbəkəsindən olan avtobuslardan da istifadə olunacaqdır.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur

İsrail “Gideonun Arabaları” əməliyyatı zəiflədikcə şimal Qəzzadan qoşunlarını çıxarır