Kərbəla valisi: Ərbəin mərasimində iştirak etmək üçün koronavirus peyvəndi vurdurun

Qafqaztimes xəbər verir ki, Aşura günü Kərbəlada 6 milyondan çox zəvvar Aşura mərasimlərinə qatılmış və İmam Hüseynə (ə) əzadarlıq etmişlər. Zəvvarların təhlükəsizliyini təmin etmək üçün Kərbəla yollarında, xüsusən də İmam Hüseyn (ə) və Həzrəti Abbasın (ə) müqəddəs hərəmlərində təhlükəsizliyi təmin etmək üçün 7 mindən çox təhlükəsizlik qüvvələri iştirak etmişdir. Bölgədəki vəziyyəti kontrol etmək üçün pilotsuz təyyarələrdən istifadə edilmişdir. Nəhayət Kərbəlada Aşura mərasimi tam təhlükəsiz şəkildə qeyd olunmuşdur.

Həmçinin, Aşura mərasiminin müvəffəqiyyətli keçməsindən sonra, Kərbəla valisi Ərbəin ziyarətində iştirak etmək üçün koronavirus peyvəndinin əhəmiyyətinə toxunmuşdur. Kərbəla valisinin sözlərinə görə, koronavirus peyvəndinin vurulması Ərbəin zəvvarlarının Kərbəlaya daxil olması üçün bir şərt olacaq və heç bir zəvvar peyvənd kartı olmadan Kərbəlaya girə bilməyəcəkdir.

Lakin, bu yeni qanun hələ ki, İraq hökumət rəsmiləri tərəfindən müzakirə olunmamış və ya öz təsdiqini tapmamışdır. Buna görə də həm bu məsələ ilə, həm də Ərbəin mərasimində əcnəbi zəvvarın qəbul edilib-edilməməsi ilə bağlı son qərar üçün, İraq hökumətinin rəyini gözləməliyik.

Related posts

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu