İran XİN mətbuat katibi Azərbaycan Respublikası xarici işlər nazirliyinin İrana səfər barədə vətəndaşlara xəbərdarlıq bəyanatına reaksiya olaraq deyib: Bu, eynilə uşaq qatili olan işğalçı sionist rejim prezidentinin Bakıya səfər siyasətidir.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Nasir Kənani bu gün (5 may) Tweeter hesabında yazıb: Azərbaycan Respublikası vətəndaşları qədim mədəniyyəti və müqəddəs islam dini olan İrandan qorxmaq əvəzinə, saxtakar, işğalçı və uşaq qatili olan sionist rejimdən qorxsunlar.
Kənani həmçinin əlavə edib: Biz öz sülhsevər siyasətimizi viza rejimini ləğv edib qapımızı azərbaycanlı bacı-qardaşlarımıza açmaqla nümayiş etdirmişik. Qonşuluq əlaqələri, qonşulara qarşı etik davranış və qarşılıqlı hörmət bizim əsas siyasətimizdir.