Kəlbəcərdə sursat anbarı aşkar olunub – FOTO/VİDEO

Kəlbəcər rayonunun Qozlukörpü yaşayış məntəqəsi ərazisində sursat anbarı aşkar olunub.

Yaşayış məntəqəsi ərazisində yerləşən fermanın tikililəri uzun müddət sursat anbarı məqsədi ilə istifadə edilib. Burada raket, artilleriya mərmiləri, minalar və müxtəlif çaplı döyüş sursatları mövcud olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qeyd olunan sursatların təcili tibbi yardım maşını ilə fermanın ərazisinə daşındığı da müəyyən edilib.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir