Həkimlər qadının gözündən səkkiz santimetrlik budaq parçası çıxarıblar – FOTO

Rusiyanın Stavropol şəhərində neyrocərrahlar xəstənin kəllə sümüyündən səkkiz santimetrlik budaq parçası çıxarıblar.

Bu barədə Rusiyanın Stavropol diyarı üzrə Səhiyyə Nazirliyi məlumat verib.

45 yaşlı qadın gözlərindəki problemlərdən şikayət etməyə başlayıb. Qadın həkimlərə bağda huşunu itirdikdən sonra ağrıların başladığını bildirib.

Məlum olub ki, bir neçə həftə əvvəl onun sağ gözü tamamilə görmə qabiliyyətini itirib. Göz qapağından irin gəldikdən sonra qadın mütəxəssislərə müraciət etmək qərarına gəlib.

Həkimlər dərhal mürəkkəb əməliyyat keçiriblər. Kəllə sümüyünün göz yuvasından keçərək görmə sinirini zədələyən budaq parçası çıxarılıb.

Hazırda zərərçəkmiş sağalma prosesindədir, lakin onun görmə qabiliyyətini bərpa etmək mümkün olmayıb.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

1 şərh

ugly india glasses horn Mart 21, 2024 - 3:41 axşam

Keep on writing, great job!

Add Comment