Kəhalə hadisəsi böyük fitnənin başlanğıcıdır

Livanın Kəhalə bölgəsində müqvimət mehvərinin yük maşının aşması və Hizbullah qüvvəsi Əhməd Qəsasın şəhid olması ilə nəticələnən hadisə böyük hiddətə səbəb olub.

Əl Aləm telekanalının məlumatına əsasən, Livanın siyasi şərhçisi Dr.Vəsim Bəzi öz qanını ölkəsinə fəda edən Əhməd Qisasın şəhadətinin və Kəhalə hadisəsindən sui-istifadə edən mediaların məntiqdən uzaq siyasəti barədə deyib: Bu məsələ böyük bir fitnənin başlandığından xəbər verir.

Bu hadisə barədə Livanın sabiq prezidenti Mişel Ovnun Tweeter hesabında yazdığı mesajın da məsələnin tam dərinliyi ilə hamıya məlum olduğunu vurğulayan analitik hadisənin bir o qədər də bəsit olmadığını, tamamilə planlaşdırılmış və həddən artıq bir təhlükədən xəbər verdiyini də qeyd edib.

Digər bir siyasi ekspert Rendli Cəbur Livanda cərəyan edən hadisələrin düşmən tərəfiindən proqramlaşdırılmış konflikt yaratmaq cəhdləri və ekstremizmin göstəricisi olduğunu deyib.

O deyib: Bir tərəfdən Livan daxilində fitnə yaratmaq səyləri, digər tərəfdənsə müqavimət qruplarına qarşı əməliyyatlar düzənləməkdən sui-istifadə edənlər də az deyil.

Livan xalqının qanuni dəstəyi olan silahın müqavimət qruplarının ixtiyarına veriməsi zəruridir. Çünki Livan xalqı düşmən sionist rejimin həssas nöqtəsi olan müqavimətə güvənir. Elə bu səbəbdən də firqə və din mövzularının gündəmə gəlməsi heç də məntiqli hesab olunmur.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir