Jurnalistikanın QARA GÜNÜ

QafqazTimes.com AiF-ə istinadən xəbər verir: WikiLeaks-in baş redaktoru Xrafnsson, Assanjın ABŞ-a ekstradisiyasını jurnalistikanın qara günü adlandırıb. Xrafnsson RT-yə deyib ki, apellyasiya məhkəməsinin magistr məhkəməsinin Assanjla bağlı qərarını ləğv etməsi heyrətamizdir. Bu qərara əsasən, Assanj hökm çıxarılası olsa həbs müddətini Avstraliyada keçirə,  müalicə ala bilərdi. Londonda Kral məhkəməsinin qarşısında Assanja dəstək aksiyası keçirilib. Assanj öz prinsiplərinə görə təqibin qurbanıdır. London məhkəməsi Vaşinqtonun “zəmanəti” əsasında Assanjın ekstradisiyasına qadağa hökmünü ləğv edib – Assanj Amerikaya təhvil verilə bilər.

Növbəti addım işə magistr məhkəməsində baxılması və dövlət nazirirnin qərarıdır.  Assanj hazırda həbsdədir. O, ABŞ-ın Yaxın Şərqdə hərbi əməliyyatlarda qanunsuz addımlarını ifşa etdiyi üçün təqib edilir.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya