Fələstinin “İzzəddin Qisam” batalyonu bu gün sionist rejimin Qəzzə zolağında qırıcı təyyarələrlə atdığı raketi havadan müdafiə sistemi ilə zərərsizləşdirib.
Əl-Aləm telekanalının məlumatına əsasən, “İzzəddin Qisam” batalyonu bu gün (2 fevral) bir bəyanat yayaraq elan edib: Sionist rejimin qırıcılarla raket hücumu yer-hava və havadan müdafiə tipli raketləri ilə susdurulub.
Sionist ordusu, Qəzzə zolağındakı hədəflərə hücum xəbərini təsdiqləyərək Qəzzə zolağında baş verənlərə görə HƏMAS-ın məsuliyyət daşıdığını bildirib.
Həmçinin, sionist rejim ordusu İsrail qırıcılarının Qəzza zolağına səhər tezdən hücumu zamanı Kətaib Əl-Qəssama aid iki silah istehsalı bazasının hədəfə alındığını iddia edib.
Qeyd edək ki, sionist rejim hava hücumundan müdafiə mövzusunda dünyanın ən modern, ən dəqiq və ən güclü sistemlərinə malik olmasına baxmayaraq fələstinlilərin raketdən müdafiə sistemi bu əməliyyatda özünü qoruya bilib.
Təcavüzkar İsrailin çoxtəbəqəli bir HHM sistemi var və istifadə etdiyi sistemlərin əksəriyyəti yerli istehsaldır. Amma bununla belə ABŞ-dan aldığı sistemləri öz sistemləri ilə dəyişdirir və ABŞ-ın özü də daxil olmaqla digər ölkələrə satır.