İyunun 4-də Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Həmsöhbətlər qarşıdan gələn Qurban bayramı münasibətilə bir-birini təbrik ediblər.

Tərəflər humanitar və iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verəcək Bakı-Təbriz aviareysinin bərpası və Bakı-Tehran aviareyslərinin sayının artırılması da daxil olmaqla əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Söhbət zamanı qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər də müzakirə olunub.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur