İtkin düşmüş şəxs timsahın mədəsində tapıldı (Video izlə)

Dostları ilə balıq tutarkən yoxa çıxan kişi barədə qorxunc xəbər Avstraliyada gündəmə çevrilib. Belə ki, Kevin Darmodinin cəsədinin qalıqları timsahın mədəsində tapılıb.

Məlumata görə, təcrübəli balıqçı Şimali Kvinslenddə timsahların sıx məskunlaşdığı ərazidə itkin düşüb. Hamin ərəfədə onunla birlikdə ərazidə olan dostu hadisə vaxtı qışqırıq və suyadüşmə səsi eşitdiyini bildirib:

“Qaça-qaça gəldim, amma ondan əsər-əlamət yox idi. Təkcə sahildə əşyaları qalmışdı”, – deyə balıqçının dostu bildirib.

Darmodinin axtarışları iki gün davam edib. Bu müddətdə ərazidə 4,1 və 2,8 metr uzunluğunda iki timsah güllələnib. Darmodinin qalıqları da onlardan birinin mədəsində tapılıb.

Bununla belə vəhşi təbiət mütəxəssisləri balıqçının heyvanların ikisi tərəfindən birlikdə öldürüldüyünü düşünürlər.

Darmodinin ölümü 1985-ci ildən bəri qeydə alınan 13-cü hadisədir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi