İtkin düşənlərin axtarışı zamanı dəhşət yaşandı: 50 kisə insan qalığı tapıldı – FOTO

Meksikada 50-dən çox çuvalda insan qalıqları aşkarlanıb.

Dəhşətli tapıntı itkin düşənlərin axtarışı ilə məşğul olan təşkilatın üzvləri tərəfindən müəyyən edilib.

Hadisə Quanaxuato ştatının İrapuato şəhərində baş verib. Qurbanların dəqiq sayı hələlik məlum deyil.

Hüquq-mühafizə orqanlarından da şərh gəlməyib.

Qeyd edək ki, Meksikada bu cür qorxunc hadisələr tez-tez baş verir. Belə ki, bir gün öncə küçədə ağzında kəslimiş insan başı olan it sakinləri dəhşətə gətirmişdi.

Rəsmi məlumatlara görə, Meksikada 1964-cü ildən bəri itkin düşənlərin sayı 100 min nəfəri keçib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi