İtaliyada tornado meydana gəldi, insanlar təşvişə düşdü (Video izlə)

İtaliyanın Milan şəhərində güclü fırtına baş qaldırıb.

Tornado nəticəsində ağaclar aşıb, evlərin damları uçub.

İtaliyada 47 dərəcəyə çatan temperaturdan sonra şimal-qərb bölgələrində ildırımla müşayiət olunan leysan yağışlar və fırtına başlayıb. Lombardiya bölgəsinin Milan şəhərində yaranan tornado isə təşvişə səbəb olub. Tornadonun təsirli olduğu ərazilərdə ağaclar aşıb, evlərin damları uçub. Bəzi binalara ziyan dəyib.

İtaliya Meteorologiya Xidməti tornado nəticəsində xəsarət alanların olduğunu açıqlayıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi