İtaliyada sirkdən qaçan şir tutuldu və … (Video izlə)

İtaliyada sirkdən qaçan şir tutulub.

Şir bir neçə saat təkbaşına gəzib, Roma yaxınlığındakı qəsəbənin sakinləri isə evdə qalmağa məcbur olublar.

Bildirilir ki, şirə yuxu dərmanı vurulub. O yenidən sirkə qaytarılacaq.

***

14:04

İtaliyanın Roma yaxınlığındakı Ladispoli şəhərindəki sirkdən şir qaçıb.

Bu barədə Ladispoli şəhərinin meri Alessandro Qrando bildirib və həmyerlilərini küçəyə çıxmamağa çağırıb.

“Vacib bildiriş! Mediterraneo küçəsində yerləşən sirkdən şir qaçıb. Operativ şəkildə hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının dəstəyi ilə sirk işçiləri heyvanın tutulması istiqamətində əməliyyat keçirirlər. Xahiş olunur ki, mümkün qədər diqqətli olun və yeni bildiriş gələnə qədər olduğunuz yeri tərk etməkdən çəkinin”, – deyə A.Qrando “Facebook” hesabında yazıb.

Sosial şəbəkələrdə şirin Ladispoli küçələrində gəzdiyini əks etdirən videolar yayılıb. Bu məlumat şəhər sakinləri arasında birmənalı olmayan reaksiyaya səbəb olub: bəziləri təşvişə qapılıb, bəziləri isə heyvanın sirkdən qaçmasına sevindiyini açıq şəkildə ifadə ediblər.

“Yazıq heyvanlar! Ümid edirəm ki, şir tapılmayacaq və bu axmaq şoular bitəcək”, – deyə şəhər sakinlərindən biri sosial şəbəkədə yazıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi