İtaliyada qırıcı təyyarə qəzaya uğrayıb – FOTO

İtaliyanın cənubunda qırıcı təyyarə qəzaya uğrayıb.

Bu barədə İtaliya Hərbi Hava Qüvvələrinin rəsmi “Twitter” səhifəsində xəbər verilib.

Bildirilir ki, “Eurofighter” qırıcısı Trapani əyalətində (Siciliya) qəzaya uğrayıb, xilasedicilər ölən pilotun meyitini tapıblar.

Hərbi Hava Qüvvələri hadisə ilə bağlı araşdırmalara başlayıb.

İlkin məlumatlara görə, təyyarə bazaya qayıdarkən qəzaya uğrayıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi