İtaliya sionist rejimə silah göndərilməsini dayandırdı

İtaliyanın baş naziri vurğulayıb ki, nə qədər ki, Yaxın Şərq böhranında hərbi silahdan istifadə riski var, onun ölkəsi İsrailə (sionist rejimə) silah göndərməyəcək.

TASS-ın xəbərinə görə, İtaliyanın baş naziri Giorgia Meloni ölkə hökumətinin internet saytında verdiyi açıqlamada bildirib ki, İsrailin (sionist rejimin) Qəzza zolağına hücumlarının başlamasından sonra Roma bu ölkəyə silah ixracı üçün yeni lisenziyaların verilməsini dərhal dayandırıb.
Buna görə də oktyabrın 7-dən sonra imzalanan müqavilələrin heç biri həyata keçməyib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron France Inter radiosunda çıxışı zamanı bildirmişdi ki, Qəzza zolağına hücumlarda istifadə edilmək üçün Təl-Əvivə hərbi silah göndərilməsinin dayandırılması bu münaqişənin siyasi həlli üçün ilk addımdır.

O, həmçinin əlavə edib: Livan “yeni Qəzzə”yə çevrilməməlidir.

Hesabatlar keçən cümə günü 9 Aİ ölkəsinin (Yunanıstan, İspaniya, İtaliya, Kipr, Malta, Portuqaliya, Sloveniya, Fransa və Xorvatiya) İsrailə silah daşınmasının dayandırılmasını dəstəklədiyini göstərir.

Qafqaztimes

Al-alam

Related posts

İsrail dünyada sülh üçün 1 nömrəli təhlükədir!

Franklin: Yəhudilər…

Senders: İsrailin bütün qanunları pozduğu göz qarşısındadır