İtaliya baş nazirinin G20 sammitində vəziyyəti hər kəsi heyrətləndirdi – FOTO/VİDEO

İtaliyanın Baş naziri Corciya Meloni Nyu-Delhidə (Hindistan) keçirilən G20 sammitində iştirak edib. Tədbir zamanı o, Beynəlxalq Media Mərkəzində mətbuat konfransında çıxış edib.

Ancaq sammit zamanı hökumət başçısı açıq-aşkar qeyri-adekvat vəziyyətdə kameralara düşüb. Kadrlarda görünür ki, o, gözlərini qaçırır, başını aşağı salır, özünü yaxşı olduğunu göstərməyə çalışır, amma buna nail ola bilmir.

Görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Bir çoxları zərifliyi ilə seçilən hökumət başçısının bu vəziyyətdə olmasından narahatlıq keçirdiklərini bildiriblər, digərləri isə baş nazirin sadəcə gərgin tədbirlə əlaqədar yuxusuz ola biləcəyini deyiblər.

Xatırladaq ki, Corciya Meloni NATO-nun Vilnüs sammitində də maraqlı məqamla diqqəti üzərinə çəkmişdi. Həmin kadrlarda britaniyalı həmkarı Rişi Sunakın ona smartfonunda nəsə göstərməsi və bundan sonra ikisinin də qəhqəhə çəkməsi əks olunmuşdu.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi