İsveçdə Qurani-Kərimi yandıran şəxs Norveçdə ölü tapıldı – FOTO/VİDEO

İsveçdə bir neçə dəfə Qurani-Kərim kitabını xalqın gözü qarşısında yandıran iraqlı qaçqın Salvan Momika Norveçdə ölü tapılıb.

Bu barədə “The Economic Times” nəşrində məlumat verilib.

Məlumata görə, iraqlı qaçqın və Quran tənqidçisi Salvan Sabah Matti Momika daha əvvəl İsveçin deportasiya əmrindən sonra Norveçdən sığınacaq istəyib.

Momikanın hərəkətləri qlobal səviyyədə hiddət doğurub və İsveçin NATO-ya daxil olmasını gecikdirib. O, ölkədən getməsinin səbəbi kimi, İsveç hakimiyyət orqanlarının onu təqib etdiklərini deyib.

“Momikanın ölümü, söz azadlığı və sığınacaq hüquqları ilə bağlı beynəlxalq müzakirələrə səbəb olan mübahisəli fiqurun sonu deməkdir”, – deyə nəşr yazıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi