İsveç və Danimarka səfirləri yenə İran XİN-nə çağırıldı

İsveç və Danimarkanın Tehrandakı səfirləri Quran yandırılması və islam müqəddəslərinə hörmətsizliyin intensiv hala çevrilməsi ilə əlaqədar İranın İran Xarici İşlər Nazirliyinə çağırılıblar.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, hər iki səfirə bu ölkələrdə Qurana qarşı davam edən təhqirlərə etiraz bildirilib.

İran Xarici İşlər Nazirliyinin insan haqları idarəsinin rəis müavini Danimarka və İsveç diplomatları ilə görüşündə deyib ki, İran bu iki ölkənin hökumətlərini Qurani Kərimin təhqirinə görə məsuliyyətli hesab edir.

Qeyd edək ki, Qurban bayramının ilk günündə, İraq əsilli isveçli Silvan Momika İsveçin paytaxtı Stokholmun mərkəzi məscidi qarşısında Quranı cıraraq, yandırdıqdan sonra dəfələrlə bu ölkə və Danimarkada da oxşar hallar baş verib. İslam müqəddəslərinə, xüsusilə Qurana olan bu hörmətsizlik islam ölkələrindən əlavə, BMT, bir sıra Avropa ölkələri və beynəlxalq ictimaiyyətin etirazına səbəb olub.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır