Stokholmda Qurani Kərimin yandırılmasına olan beynəlxlaq etirazların ardınca İsveçin Misirdəki səfirliyi bəynanat yayaraq ölkəsinin din və məzhəblərə hörmətsizliyi qəbul etmədiyini elan edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, dünən (30 iyun) İsveçin qahirədəki səfilriyi bir bəyanatla Qurana olan hörmətsizliklə əlaqədar dövlətinin mövqeyini açıqlamağa çalışıb.
Səfirliyin rəsmi FaceBook hesabında yazılıb: İsveç dövləti bəzi insanların Stockholmda cərəyan edən son islamofob hərəkətini kəskin pisləyir. Dövlətimiz baş verənləri və müsəlmanlara qarşı islamofob təhqirləri tam mənası ilə dərk edir.
Bəyanatda həmçinin deyilir: İsveçin baş naziri bir çoxlarına müqəddəs olan kitabın yandırılmasının çox pis rəftar olduğunu qəbul edir. Bu isə ölkəsinin konstitusiyasında söz azadlığı maddəsinə uyğun olsa da bu insanların yersiz hərəkətlərini müdafiə etmək mənasını daşımır.
Səfirliyin hesabında daha sonra deyilir: Hal-hazırda İsveç polisi bu iş haqda araşdırmalara başlayıb və tezliklə nifrət oyadıcı rəftar amillərini cəzalandıracaq.
Xatırladaq ki, iyunun 28-də İraq əsilli Silvan Mumika adlı İsveç vətəndaşı bir Quranın səhifələrini cıraraq Stocholm məscidində onu yandırıb. Bu isə müsəlman dünyasının etirazına səbəb olub.