İsveç diplomatı Moskvada metrosunda insident törətdi (Video izlə)

İsveçin Rusiyanın Moskva şəhərindəki səfirliyinin birinci katibi Moskva metrosunun işçiləri ilə mübahisə edib. O, metroda təhlükəsizlik qaydalarına əməl etmək istəməyib. Diplomat çantasını introskopa – yoxlayıcı cihaza qoymaqdan qəti şəkildə imtina edib. Əvəzində isə işçilərə diplomatik pasportuna baxmağı və onu yoxlamadan keçirmədən metrostansiyaya buraxmağı təklif edib. Səfirlik işçisindən çantasında partlayıcının olub-olmaması soruşulub.

“Mən İsveç diplomatıyam”, – deyə o cavab verib.

Ancaq metropoliten işçiləri sonunda diplomatı razı salıblar. O, çantasının yoxlanmasına icazə verib. Amma introskop qurğusunda deyil, əl cihazı ilə yoxlanmasını istəyib.

Birinci katibin çantasında heç bir təhlükəli əşya aşkar edilməyib və o, metroya buraxılıb.

Related posts

Sara Netanyahu mühakimə olunacaq!

Çaya görə “Ginnesin Rekordlar Kitabı”na düşənlər

NASA zondu öz rekordunu yenilədi: Günəşə ən yaxın məsafəyə çatdı