İstifadəçilər üçün sürpriz: “YouTube” mükəmməl funksiyanı işə saldı (Video zlə)

“YouTube” platforması məzmun yaradıcılarına müxtəlif dillərdə audio trekləri yükləməyə imkan verəcək “dublyajlı video” funksiyasını təqdim edib.

Belə ki, video yükləndikdən sonra tamaşaçılar eyni menyudan fərqli audio treki seçə biləcəklər. Ayarlardan subtitrlər və ya səs keyfiyyəti kimi digər seçimləri də tənzimləmək mümkün olacaq.

Bu funksiya ilk öncə “YouTube”un uzun məzmunu üçün dəstəklənəcək, lakin şirkət artıq qısa videolar üçün də bu funksiyanı sınaqdan keçirdiyini bildirib.

Videonun audio trekini fərdiləşdirmək imkanı bütün dünyada masaüstü kompüterlərdə, mobil cihazlarda, planşetlərdə və televizorlarda “YouTube”da mövcud olacaq.

Şirkət əvvəllər bu funksiyanı yaradıcı “MrBeast” ilə sınaqdan keçirib. Təcrübə yaxşı nəticələr göstərdikdən sonra platforma bu funksiyanı daha çox bloqerə açıb.

Hesab edilir ki, bu, müəlliflərə öz auditoriyasını genişləndirməyə kömək edəcək.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi