İstanbulda partiya binasına silahlı hücum edildi – FOTO

Türkiyədə “İYİ Partiya”nın İstanbulda yerləşən binasına şəxsiyyəti hələ müəyyən olunmayan şəxs və ya şəxslər tərəfindən silahlı hücum edilib.

Binanın pəncərəsinə güllə dəyib.

Hücumdan sonra polis hadisə yerində araşdırmaları davam etdirir.

Xatırladaq ki, “İYİ Partiya”nın sədri Meral Akşener CHP lideri Kamal Kılıçdaroğlunun vahid namizədliyinə qarşı çıxış edərək “Altılı masa”nı tərk edib. Lakin sonradan M.Akşener “Altılı masa”ya geri qayıdıb və “Millət İttifaqı”nın toplantısından sonra K.Kılıçdaroğlu vahid namizəd elan olunub.

Qeyd edək ki, Türkiyənin Ali Seçki Şurası ötən gün ölkə prezidentliyinə namizədlərin yekun siyahısını təsdiqləyib – Kamal Kılıçdaroğlu, Məhərrəm İncə, Rəcəb Tayyib Ərdoğan və Sinan Oğanın prezidentliyə namizədlikləri təsdiq olunub.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi