İstanbulda maraqlı mənzərə: Polislər avtomobil yolunda qaçan atları qovdular (Video izlə)

Türkiyənin İstanbul şəhərinin Bakırköy məhəlləsində sahibsiz atlar avtomobil yoluna girərək nəqliyyatın hərəkətində problemlər yaradıblar.

Şosedə Topqapıya doğru qaçan iki sahibsiz at sürücülərə çətin anlar yaşadıb. Bu barədə polisə xəbər verilib.

Əraziyə gələn polis əməkdaşları şosedə qaçan atları dayandırmağa çalışıblar və onları qovmağa başlayıblar.

Uzun səylərdən sonra polis qrupları atları yoldan çıxarmağa nail olub.

Polislərin atları qovduğu anlar vətəndaşlar tərəfindən mobil telefonlarla lentə alınıb.

Related posts

“YouTube”dan daha bir YENİLİK

Keçmiş sevgilisinin şəkillərini yandıran oğlan məhəlləni külə döndərdi – VİDEO

Əfsanəvi yarışçı yüksək sürətlə beton divara çırpıldı – VİDEO