İran İslam Respublikası parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İslam İnqilabı öndəri İmam Xomeyninin (rəh) bəyanatına arxalanaraq deyib: İsrailin varlığı yer üzündən məhv olmalıdır.
Əl Aləm telekanalının məlumatına əsasən, Livanın İsraillə sərhəd bölgəsi ölan Marun Ər-Rəəs kəndinə səfər edən Vəhid Cəlali İsrailin ömrünün 25 ildən sonra bitəcəyini vurğulayan İnqilab öndəri İmam Xomeyninin (rəh) sözlərinə əsaslanaraq deyib: İsrailin varlığı yür üzündən silinməlidir.
İran rəsmisi ölkəsinin Livan və Hizbullaha dəstəyini davam etdirəcəyini bir daha vurğulayıb.
Marun-Ərrəs kəndi – dəniz səviyyəsindən 917 metrlik yüksəklikdə – strateji baxımdan çox mühüm ərazidır. Bir tərəfdən “Cəlil” və onun kəndləri Fələstində yerləşir, digər tərəfdən isə “Bint-Cübəyl”, “Üteyrun”, “Yarun” və digər nöqtələr cənubi Livanı əhatə edir.