“İsrailin terror siyasəti fiyaskoya uğrayıb”

“İsrailin terror siyasəti fiyaskoya uğrayıb”

Fələstin Azadlığı üçün Xalq Cəbhəsinin sədr müavini sionist rejimin terror siyasətinin fiyaskoya uğradığını, müqavimət liderlərinin qətli proqramının Həması daha da gücləndirdiyini vurğulayıb.

İRNA-nın məlumatına əsasən, Cəmil Məzhər bu gün (8 avqust) Əl Məyadin telekanlı ilə müsahibəsində deyib: Yəhya Sinvarın Həmas siyasi bürosuna baş katib seçilməsi düşmənin İsmail Həniyyə terroruna ilk cavab olaraq bu hərəkatın şəraitə uyğun dərhal ciddi qərarlar vermək potensialını sübut etdi.

Cəmil Məzhər əlavə edib: Qardaşımız Yəhya Sinvar Həmasa böyük bir güc verəcək. Çünki onun Fələstin xalqı arasında vəhdət qurma və bunu gücləndirə bilmə potensialı var.

Sədr müavini Məzhər həmçinin Qəzzə müharibəsində Amerikanın rolu barədə deyib: Fələstin xalqına qarşı bu qanlı müharibənin banisi Co Bayden dövlətidir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur