İsrailin müharibə naziri sözə baxmır

Sionist informasiya qaynaqları yaxın günlərdə İsrail müharibə naziri Yuav Qalatın Amerikaya səfəri və ABŞ müdafiə naziri Lyod Austinlə görüşəcəyindən xəbər verirlər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, bu məlumatı alan baş nazir Benyamin Netanyahu rəsmi dəvət olmadan xüsusilə müharibə nazirinin və heç bir rəsminin Amerikaya getməməsi barədə tapşırıq verib.

Bu məlumata görə müharibə naziri Yuav Qalant Vaşinqtona getməyəcək və o, Avropaya səfəri çərçivəsində ABŞ müdafiə naziri ilə görüşüb müzakirə aparacaq. Onun gedəcəyi Avropa ölkəsinin adı hələ açıqlanmayıb.

Qeyd edək ki, Netanyahu nazirlər kabinetini qurduğu zamandan bu günə qədər Amerika tərəfindən heç bir rəsmi dəvət almadığı üçün narahatlığını israilli rəsmilərin də rəsmi Vaşinqtonla görüşlərinə mane olur. Onun fikrincə İsraildə baş verən etiraz aksiyalarının arxasında ABŞ-ın dəstəkləri durur.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur