İsrailin Livanla konflikti bitmir

İsrail ordusu Livanın cənubunda yerləşən ərazilərə ağ fosfor bombaları və ağır artilleriya atəşi ilə hücum edib.

Əl-Aləm telekanalının Əl Məyadinə istinadla verdiyi məlumata əsasəm, sionist rejim hərbçiləri Livanın cənub bölgəsindəki Əl Nəqurə şəhərinin Təyir Hərfa şəhəri ətrafında yerləşən bir çayxananı hədəfə alıb və nəticədə 4 şəhid olub və 6 nəfər yaralanıb.
 Məlumata görə, Əl Naqurədə sionist hərbçilərinin hədəfi olan çayxana UNIFIL mərkəzlərindən birinin yaxınlığındadır. Onların əsas hədəfi Təyrharf  islam tibb mərkəzinin avtomobili olub.
Livan islami müqavimət qüvvələri bu hücuma cavab verib. Sionist ekspertlərin fikrincə, bu hücumun səbəbi Hizbullahın Kiryat Şmoune istiqamətinə atdığı raketlərin ağırlığı olub.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur