İsrail mediası Müharibə və Ədliyyə nazirliyi və Nüvə Tədqiqat İnstitutuna bağlı sistemlərin haker hücumuna məruz qaldığından xəbər verir.
Əl Aləm telekanalının məlumatına əsasən, hakerlər Müharibə Nazirliyinə aid kompüterlərə sızaraq, “həssas məlumatlara” daxil olduqlarını açıqlayıblar.
Məlumata görə məxfi məlumatları paylaşan hakerlərin dərc etdiyi sənədlərin İsrail Müüharibə Nazirliyinə bağlı müqavilələrə aid olduğu və ələ keçirilən məlumatların müxtəlif forumlarda 50 bitkoin (3,3 milyon dollar) qarşılığında satışa çıxarıldığı bildirilib.
Xəbərdə hakerlərin İsraildən 500 fələstinli məhbusun azad edilməsi tələbi də yer alıb.
Sionist rejim Müharibə Nazirliyi məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.