İnformasiya qaynaqları İsrailin baş sığorta idarəsinin saytına kiberhücum edildiyindən xəbər verirlər.
İRNA-nın məlumatına əsasən, sionist rejim mediaları baş sığorta idarəsinin saytına “Şahin Caynaqları” adlı haker qrupunun hücumunu elan edərək 8 milyon nəfərin gizli məlumatlarının ələ keçirildiyindən xəbər verib.
Məlumata görə, hakerlər bu sayta 2 dəqiqəlik anti-israil videosu da yükləyiblər.
Bundan əvvəl də İsrailin Valla xəbər kanalının saytı hakerlər tərəfindən sıradan çıxarılmışdı.
Bir neçə aydır ki, işğalçı rejimin kiber infrastrukturları hakerlərin kiberhücumlarından Amanda deyil. Əl Əqsa Tufanı əməliyyatından sonra İsrailin bir sıra hərbi, ictimai, iqtisadi və hətta icr hakimiyyəti saytlarına hücumlar edilir, insnların şəxsi məlumatları götürülür.