İsrailin Bakıdakı səfiri Türkiyə səfirliyində keçirilən dəvətə qatılıb 

İsrailin Azərbaycandakı səfiri Corc Dik Türkiyənin Bakıdakı səfirliyində keçirilən dəvətə qatılıb.

Bu gün Türkiyənin Bakıdakı səfirliyində Zəfər Bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və siyasilər iştirak ediblər.

Qonaqlar arasında İsarilin Azərbaycandakı səfiri Corc Dik də olub. O Türkiyənin, Ukraynanın Azərbaycandakı səfirləri ilə bir süfrə arxasında oturub.

Qeyd edək ki, bundan öncə İsrail səfiri Türkiyənin keçiridiyi heç bir tədbirdə görülməyib.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir