Xeyriyyə mağazasında tapılan Fələstin əskinası əntiq əşya və nadir valyuta həvəskarları tərəfindən böyük maraqla qarşılanıb.
Əskinas onlayn olaraq açıq hərracda 140 min funt-sterlinqə (295 min manat) satılıb.
Nadir kağız valyuta ilkin dəyərindən təxminən 1400 dəfə baha satılıb.
Qeyd edək ki, bu Fələstin əskinası 1927-ci ildə, yəni İsrailin qurulmasından 21 il əvvəl buraxılıb.