İsraildə parçalanmanın yeni mərhələsi başladı

İsrail baş naziri Benyamin Netanyahu müxalifləri indi də muxtariyyət tələb etməklə daxili çaxnaşmanın yeni mərhələsinə qədəm qoyublar.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, sionist rejim müxalifəti daxili problemlərin həll olunması üçün “sekulyar və dini” dövlət yaradılmasını tələb edirlər.

Məlumatda deyilir: Sionist rejimin süni istimaiyyətində dərin uçurum yaranıb. Ötən 75 il ərzində bu saxtakar rejimdə yəhudi, ərəb, sekulyar, mizraxi uçurumları, daha sonra isə hazırkı nazirlər kabineti rejimin sarsılmasına gətirib çıxarıb.

B.Netanyahu kabineti isə bu uçurumları daha da dərinləşdirərək “məhkəmə islahatı” ilə son damğasını vurub və son 7 ay ərzində xalqın hədəqədən çıxmasına səbəb olub.

Aprel ayında aparılan sorğulara görə Netanyahu müxalifətinin əksəriyyəti ayrı-ayırılıqda sekulyar və dini kabinetin qurulmasını istəyir və bu məsələ “məhkəmə islahatı” layihəsinin təsdiqindən sonra daha qabarıq şəkildə bəyan edilməkdədir.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib