İsraildə “meymun çiçəyinə” yoluxma halı aşkar edilib

QafqazTimes xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının “meymun çiçəyi” virusunun yayılması ilə bağlı fövqəladə iclas keçirməyə qərar verməsi ilə eyni vaxtda işğal altındakı Fələstində ilk xəstəlik halı müşahidə edilib.

Təl-Əvivdəki xəstəxana cümə günü axşam saatlarında işğal altındakı Fələstində “meymun çiçəyi” xəstəliyinə ilk yoluxma halının aşkar edildiyini açıqlayıb.

“Haaretz” qəzetinin məlumatına görə, İçilov xəstəxanasından bildiriblər ki, bu yaxınlarda Qərbi Avropaya səyahət etmiş 30 yaşlı kişi “meymun çiçəyi”nin əlamətləri ilə təcili yardıma müraciət edib. O, hazırda karantindədir və xəstəliyinin yüngül keçdiyi bildirilir.

Müvəqqəti Sionist rejimin Səhiyyə Nazirliyi bəyanat yayaraq, işğal altındakı Fələstinə daxil olan və hərarət və sızanaq kimi əlamətlərlə qarşılaşan hər kəsi dərhal həkimə müraciət etməyə çağırıb.

Bildirilir ki, bu xəstəliyə yoluxma halları əvvəllər yalnız Mərkəzi və Qərbi Afrikaya səyahət etmiş insanlarda qeydə alınırdı. Lakin son bir həftə ərzində İngiltərə, İspaniya, Portuqaliya, İtaliya, ABŞ, İsveç və Kanadada, əsasən Afrikaya səyahət etməyən gənc kişilərdə bu xəstəlik halları qeydə alınıb.

Haaretz həmçinin məlumat verib ki, Fransa, Almaniya, Belçika və Avstraliya da Cümə günü “meymun çiçəyinə ilk yoluxma hallarını təsdiqləyiblər.

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))