Sionistlər işğal olunmuş torpaqlardan qaçmaq istəyir
Saxtakar rejimin uzun illərdir işğal olunmuş torpaqları yəhudilərlə doldurmaq planı puça çıxır.
Fars İnformasiya Agentliyi İsrail rejimində “əks-miqrasiya” vəziyyətinin formalaşmasından xəbər verir.
İşğalçı rejimin daşa dirənmiş daxili və xarici siyasətləri sionistlərin Amerikaya miqrasiyasına səbəb olduğu üçün 1948-ci ildən bu günə kimi Fələstinə toplanmış yəhudilər işğal olunmuş torpaqları tərk etmək fikrinə düşüb.
Məlumata görə sionist rəsmilər bu vəziyyətin “olduqca təhlükəli” olduğunu nəzərə alaraq yəhudilərin rejimi tərk etməsinə maneələr yaradırlar.
Sionist mediaların yazdığına görə İsraildə keçən ildən yaradılmış “Gəlin ölkəni tərk edək” adlı kompaniya daha da aktivləşib və sorğuya əsasən, sionistlər başda Amerika olmaqla 26 ölkəni miqrasiya üçün münasib olduğunu deyirlər.
Bu kompaniyanın təsisçisi Morxay Kahan adlı bir yəhudi tacirdir və son illərdə yəhudiləri digər ölkələrə miqrasiya etməyə ciddi şəkildə təşviq edir. Haartesin yazdığına görə Kahan kompaniyanın adının seçilməsində səhvə yol verdiyini deyib və qeyd edib ki, ey kaş bu kompaniyaya “Vəd edilmiş əraziləri tərk edək” olsaydı, daha yaxşı olardı.