QafqazTimes xəbər verir ki, işğal olunmuş Fələstinin sakinləri bu gün səhər (bazar ertəsi) məhkəmə sistemində islahatlara dair qanun layihəsinə qarşı etirazlara başlayıblar.
“Arab48” xəbər saytının məlumatına görə, işğal olunmuş ərazilərin minlərlə sakini qondarma “məhkəmə sistemində islahatlar”ın təsdiqinə etiraz olaraq Knesset (sionist rejim parlamenti) qarşısında nümayişə başlamaq üçün Qüdsə gəlib. İşğal olunmuş ərazilərdəki müxalifət partiyaları bu qanunun təsdiqini “qanunlara və demokratiyaya üsyan” kimi qiymətləndirirlər.
Bu gün sionist mənbələr Təl-Əvivdə işğal olunmuş ərazilərin sakinlərinin bəzi küçələri bağladığını göstərən görüntülər dərc ediblər.
Eyni zamanda sionist “Valla” saytı bu rejim polisinin bu gün Knesset üzvlərinin parlamentə getməsinə mane olan 8 fəalı həbs etdiyini bildirib. Arab48 xəbər saytı həmçinin bildirib ki, sionist rejim polisi işğal olunmuş Qüdsdə bəzi küçələri bağlayıb.
Bu nümayiş son yeddi həftə ərzində on minlərlə insanın Təl-Əvivdə, işğal olunmuş Qüdsdə və Hayfada bir araya gəlməsi ilə başlayıb və davam edir. Sionist mediası bu nümayişin bu gün pik həddə çatacağını proqnozlaşdırıb və ona görə də onu “Qara bazar ertəsi” nümayişi adlandırıb.
Qeyd edək ki, sionist parlamenti bu gün məhkəmə sistemində islahat planını birinci oxunuşda təsdiq etməyə hazırlaşır. Xatırladaq ki, Benyamin Netanyahunun başçılıq etdiyi Təl-Əviv kabineti ötən ayın dördüncü günü bu rejimin “məhkəmə sistemində islahatlar” layihəsini təqdim edib. İllərdir korrupsiya, rüşvətxorluq və etibara xəyanət ittihamları ilə mühakimə olunan Netanyahu “məhkəmə sistemində islahat” adlandırdığı proseslə məhkəmədən qaçmağı planlaşdırır.
Netanyahu kabinetinin həyata keçirməyə çalışdığı bu layihədə rejimin məhkəmə sisteminin səlahiyyətləri azaldılacaq və bunun müqabilində qanunvericilik orqanlarının mövqeyi gücləndiriləcək.