İsrail xarici işlər nazirinin Türkiyəyə səfəri ləğv oluna bilər

QafqazTimes xəbər verir ki, bu həftənin əvvəlində sionist rejimin xarici işlər naziri Yair Lapidin Türkiyəyə səfəri ilə bağlı mətbuatda xəbərlər yayıldığı bir vaxtda səfərin ləğv olunacağı ehtimalı olunur.

Kan News kimi rejimin bəzi media mənbələri bildirib: “İsraildə baş verən siyasi hadisələrdən sonra Lapidin cümə axşamı Türkiyəyə səfəri ləğv oluna bilər və bu məsələ hazırda nəzərdən keçirilir.”

Bu KİV-lər “siyasi hadisələr” dedikdə məqsədi, baş nazir Naftali Bennett və sionist rejimin xarici işlər naziri Yair Lapidin Knessetin (İsrail parlamenti) buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı razılaşmalarıdır.

Bazar ertəsi axşam Naftali Bennett və Yair Lapid gələn həftə Knessetin buraxılması ilə bağlı səsverməyə razılaşıblar. Təsdiqlənərsə, Lapid İsrailin növbəti müvəqqəti baş naziri olacaq.

Onlar birgə bəyanatda bildiriblər ki, bir ildir mövcud olan koalisiyalarını sabitləşdirmək üçün bütün vasitələrə əl atıblar.

Qeyd edək ki, Yair Lapidin Türkiyəyə səfərinin ləğvi ehtimalı ilə bağlı yaranan fikirlər İsrail mediasının bazar günü rejimin xarici işlər nazirinin cümə axşamı Türkiyəyə səfər edəcəyini elan etdiyi bir vaxtda gündəmə gəlib.

Related posts

Franklin: Yəhudilər…

Sionist rejim: Robio İsrailin sevimli dostudur

Yəhudilər…