İsrail: Xan Yunus əməliyyatlarımız 3-4 həftə sürəcək

İsrail ordusunun yüksək rütbəli bir rəsmisi Qəzzə cənubundakı Xan Yunus şəhərindəki hərbi əməliyyatlarının 3-4 həftə davam edəcəyindən xəbər verib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Axios sionist rejim müharibə nazirliyinin bir rəsmisinə istinadən yazır: Tel Əviv Həmas başçılarının Qəzzə müharibəsinin Xan Yunus şəhərindən idarə edildiyinə inanır. Amerika İsrail əməliyyatlarına lazımi dəstəkləri vermədiyi üçün proses gecikir.

Bu xəbər elə bir zamana təsadaüf edir ki, ABŞ bu gün səhər tezdən(9 dekabr) BMT Təhlükəsizlik Şurasının Qəzzədə dərhal atəşkəs bərqərarı barədə qətnaməsinə veto tətbiq edib.

ABŞ-ın BMT-dəki rəsmi nümayəndəsi Robert A.Wood TŞ iclasında deyib ki, Vaşinqton bu təşkilatın Qəzzədə atəşkəs bərqərarı qətnaməsi ilə razı deyil. Çünki  bu qətnamə növbəti müharibə toxumudur.

Qeyd edək ki, ABŞ İsrailin Qəzzə hücumlarının əvvəlindən işğalçı rejimə qeyd-şərtsiz dəstəklə müharibənin daha da şiddətlənməsinə kömək edir.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir