İsrail xəstəxananı və həkimləri yandırdı – ətraflı

Sionist rejimin işğalçı ordusunun cümə günü axşam saatlarında Qəzza zolağının şimalındakı Kamal Ədvan xəstəxanasına hücumunda bir neçə tibb işçisi yandırılaraq şəhid olub.

Fələstinin Qəzza zolağının Səhiyyə Nazirliyinin direktoru Munir əl-Bərş cümə günü axşam saatlarında Kamal Ədvan xəstəxanasının sionist rejim tərəfindən məcburi boşaldılmasından sonra yandırıldığını bildirib.

Sionist əsgərlər xəstəxana ətrafında dəhşətli cinayət törətdikdən və beşi tibb işçisi olmaqla 50 fələstinlini şəhid etdikdən sonra onu yandırıblar.

Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyi sionist işğalçı qüvvələrin xəstəxananı və cərrahiyyə, laboratoriya, texniki xidmət və təcili yardım şöbələrini, xəstəxananın anbarlarını tamamilə yandırıldığını elan etmişdi.

Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyi əlavə edib: İşğalçı ordu xəstələri və yaralıları silahla hədələdikdən sonra zorla İndoneziya xəstəxanasına aparır.

Cümə günü axşam HƏMAS hərəkatı sionist ordusunun Qəzza zolağının şimalındakı Kamal Ədvan xəstəxanasını yandırma hərəkətini hərbi cinayət kimi qiymətləndirib.
Bu acı hadisə beynəlxalq ictimaiyyətin laqeydliyi və Amerikanın Qəzzada soyqırım cinayətində işğalçı rejimə tam dəstəyi kölgəsində həyata keçirilib.

Qafqaztimes

Al-alam

Related posts

Şəhadətdən qabaq…

General Səlami: Yəmən xalqı Fələstini bacarıqla müdafiə edir/ Yəmənlilər qalib gələcək

Suriyada son hadisələr: Kürdlərlə (QSD) Culaninin rəhbərlik etidiyi silahlı qüvvələrin atışmasında iki nəfər öldürüldü – ətraflı