İsrail turist şəhərini vurub!

QafqazTimes.com İZ.ru-ya istinadən xəbər verir: Laziqiyyə (Latakiya) Suriyanın dünyada tanınan turist şəhəridir. Şəhər Aralıq dənizi sahillərində yerləşir. Ötən gecə işğalçı İsrail bu şəhəri hədəfə alıb. Raket zərbələri zamanı limanın ticarət meydanlarında konteynerlər alışıb. Ölən və yaralananlar barədə hələ ki məlumat verilməyib.

İşğalçı sionist rejim 24 noyabrda  Suriyanın Homs şəhərinə aviazərbələr endirmişdi. Nəticədə 2 dinc sakin həlak olmuş, 7 nəfər yaralanmışdı.

İşğal olunmuş Fələstin torpaqlarında mövcudluğu elan etmiş İsrail nəinki bu torpaqları azad etmir, üstəlik qonşu ölkələrin torpaqlarına göz dikib. Beynəlxalq təşkilatlar, dünya gücləri İsrailin cinayətləri müqabilində seyrçi mövqe tutub.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya