İsrail Suriyaya hava hücumlarını davam etdirir

İsrail Suriyaya hava hücumlarını davam etdirir

Suriya KİV-ləri İsrail qırıcı təyyarələrinin Dəməşq ətrafındakı obyektləri bombardman etməsindən xəbər verirlər.

Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejim qırıcıları bu gün (14 dekabr) Dəməşq ətrafındakı Beyt Cin və Rif qəsəbələrinə hava hücumları edib.

Məlumata görə sionist qırıcılar Dəməşqin cənub bölgəsində olan Rifə hücum edərkən bir neçə helikopter də qəsəbəyə daxil olub.

Suriya qaynaqları həmçinin sionist hərbçilərin qəsəbədə yerləşən hərbi hissələtdə təftiş apardıqlarını da deyirlər.

Deyilənlərə görə sionist rejim helikopterləri Suriyanın cənub bölgələrində də görünür.

Əl Məyadinin məlumatına görə sionist hərbçilər Suriyanın cənubunda bir kəndi nəzarətə alıb.

Related posts

Susuz dodaqlar və susuz vicdanlar – video

İsrail rejimi Qəzzə sakinlərinin suyunu tamamilə kəsib

Sionist baş nazir yenə İranı hədələdi