Sionist rejiminin bir analitiki ötən 70 ildə hakimiyyətin heç bir problemi həll etmədiyi üçün İsrailin süqut mərhələsində olduğunu deyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Mixail Prizon İsraildə daxili çaxnaşma və korrupsiya sayəsində süqut astanasında olduğunu deyib.
Haartes qəzetində yayımlanan məqalədə Prizon deyib ki, mədəni insanlar tezlikə İsraili tərk edəcək, radikal və faşistlərlə baş-başa qalmış insanlar İsrailin məhvinə qədər hakimiyyət edəcəklər.
Məlumatda deyilir: Biz 1948-ci ildən başlayan “Ümid” mərhələsindən sonra 1967-ci ildə radikallar hakimiyyətə gələndə “Məhv” etapına daxil olduq.
Amma 2022-ci ildə Benyamin Netanyahu kabinetə gəldikdən sonra faktiki olaraq İsrailin viranlıq və məhv mərhələsi başladı. Əlbəttə bu gözlənilirdi. Çünki ömrünün 55 ilini şər işlərə, qarət və kobudluqla keçirmiş adamdan nə gözləmək olar ki?!
Mixail Prizon yazdığı məqalədə ölkədə baş verən korrupsiya halları, təcavüzkarlıq və digər kobudluqların detallarını təqdim edib.