İsrail sionist qəsəbə sakinlərinə evlərinə qayıtmaq üçün valyuta ödənişi vəd edir

İnformasiya qaynaqları sionist rejimin qəsəbə sakinlərinə öz evlərinə qayıtmaq üçün valyuta verəcəyini vəd etdiyindən xəbər verirlər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Qəzzə zolağının 4 kilometrliyində yaşayan sionist qəsəbə sakinləri öz evlərini tərk etdiyi üçün sionist rejim onlara evlərinə qayıdacaqları təqdirdə adambaşına ayda 5600 dollar ödəniş edəcəyini vəd edib.

Əl Əqsa Tufanı Əməliyyatından sonra Qəzzə zolağına yaxın on minlərlə qəsəbə sakini müharibə qorxusundan digər şəhərlərə köçüb və müharibə qurtarsa belə he bir vəchlə evlərinə qayıtmaq istəmirlər.

7 oktyabrdan bu günə kimi işğalçı Tel Əviv rejimi havadan, qurudan və dənizdən Qəzzə zolağını raketlərlə hücuma məruz qoyur. Bu günə qədər 20 min qəzzəli həlak olub və xəstəxanalarda yaralılar tibbi yardım çatışmazlığından məhvə məhkumdurlar.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur